Ərdoğan ABŞ-ı terrorçuları silahla təmin etməyi dayandırmağa çağırıb

25-01-2018, 09:12           
Ərdoğan ABŞ-ı terrorçuları silahla təmin etməyi dayandırmağa çağırıb
Yanvarın 24-də Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.

Trend-in türk KİV-nə istinadən verdiyi məlumata əsasən, danışığ zaman Suriyadaki son hadisələr, o cümlədən Türkiyənin "Zeytun budağı" əməliyyatı müzakirə olunub. Ərdoğan qeyd edib ki, Türkiyə Afrini terrorçulardan təmizləmək məqsədini güdür.

Türkiyə prezidenti həmçinin deyib ki, ABŞ PYD/YPG terrorçularını silahla təmin etməyi dayandırmalıdır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru