Çiprasdan Türkiyə ilə diplomatik qalmaqal yaradacaq çıxış

25-01-2018, 13:20           
Çiprasdan Türkiyə ilə diplomatik qalmaqal yaradacaq çıxış
Yunanıstan baş naziri Çipras İsveçrədə keçirilən Davos forumunda çıxışında Türkiyə haqqında sərt ifadələr işlədib.

Avropa.info xəbər verir ki, iqtisadi forumun Aralıq dənizinin gələcəyi və miqrasiya böhranına dair müzakirə platformasında iştirak edən yunan baş nazir Türkiyə ilə diplomatik gərginlik yaradacaq sözlər deyib:

“2015-ci ildə iqtidara gəldiyimdən bəri sadəcə Yunanıstanın ən pis iqtisadi böhranı və qaçqın böhranı ilə deyil, eyni zamanda Egey dənizində təxmin olunmayan təcavüzkar həmlələr edən aqressiv qonşu ilə məşğul olmaq məcburiyyətindəyik. Avropalı həmkarlarımız Türkiyə kimi aqressiv qonşularla yaşamağın çətinliyini hər zaman təqdir etmir”.

Çipras 2016-cı ildə Türkiyə və AB arasında bağlanan miqrant müqaviləsinin çətin, amma vacib olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru