Tarixin ən böyük oğurluğu: 17 min iribuynuzlu heyvanı apardılar - FOTOLAR

26-01-2018, 11:42           

Türkiyədə tarixin ən böyük oğurluq hadisələrindən biri baş verib.

Heyvan alverçisini aldadan şəxs onlara 43 milyon lirəlik zərər vurub.

Şikayətçilər bu barədə polisə bildirib: "Bizə Kənd Təssərüfatı Nazirliyinin gənc fermerləri dəstək layihəsindən gəldiyini bildirdi. Bizə də ona inanaraq heyvanlarımızı sənəd qarşılığında satdıq. Amma apardığımız araşdırma nəticəsində məlum oldu ki, bu ad-soyadlı şəxs 10 il əvvəl ölüb. Bundan sonra polisə şikayət etdim".

Vətəndaşı aldadan şəxs 500 TIR dolusu, təxminən 17 min iribuynuzla heyvanı aldadaraq ələ keçirib. Onun həmin heyvanları Diyarbəkir və Şanlıurfaya apardığı ehtimal olunur.

Adı açıqlanmayan A.K ad-soyadlı heyvan alverçisi bildirib ki, həmin şəxsə inanıb. 50 qohumu isə ona kömək edib. Nəticədə 30 qohumu aldadılıb. A.K indi dövlətdən yardım istəyir.

mənbə: qaynarinfo













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru