Ərdoğanın baş məsləhətçisinə hücum edildi - “Zeytun budağı” əməliyyatı - FOTO/VİDEO

27-01-2018, 09:55           

Türkiyə prezidentinin baş məsləhətçisi Suriya ilə sərhəddə yerləşən Türkiyənin Aziz bölgəsinə səfər zamanı hücuma məruz qalıb.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Mehmet Akarca “Zeytun budağı” əməliyyatı çərçivəsində keçirdiyi brifinq zamanı PKK/PYD terrorçularının silahlı hücumlarına məruz qalıb.

PKK/PYD terrorçuları Türkiyə Silahlı Qüvvələrinin başlatdığı “Zeytun budağı” əməliyyatını Aziz bölgəsində izləyən beynəlxalq media qurumlarının əməkdaşlarına da dayanmadan atəş açıblar. Əvvəlcə Kilis şəhərinə gələn M.Akarca buradan da jurnalistlərlə birlikdə PKK/PYD terrorçularının raketlə vurduğu Çalık məscidindən Burseya dağına yollanıb.

Türkiyə mətbuatın yaydığı məlumata görə, silahlı hücum zamanı heç kim yaralanmayıb. Silahlı hücumdan sonra prezidentin baş məsləhətçisi, eləcə də digər mətbuat nümayəndələri dərhal təhlükəsiz bölgəyə aparılıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru