21 yaşlı gəlin ərini atdı, baldızına qoşulub qaçdı

27-01-2018, 10:50           
21 yaşlı gəlin ərini atdı, baldızına qoşulub qaçdı
Gənc qadınlar uşaqlarını da atıblar

Türkiyədə qəribə hadisə baş verib. Gəlin ərini ataraq, onun bacısına -baldızı ilə birlikdə qaçıb. İstiPress-in məlumatına görə, İstanbulda yaşayan Bahriye Dalgıç adlı qadın qızı, 21 yaşlı Busə Şulə Faris ilə əlaqə saxlaya bilmədiyi üçün onun evinə gedib. Qadın evdə qızının məktubu ilə qarşılaşıb. Məktubda "ana biz gedirik. Axtarmayın, arxamızca düşməyin", yazılan məktub tapıb.


OperativXeber.az bildirir ki, qadın dərhal qızına zəng etsə də onunla əlaqə qura bilməyib. Bir müddət sonra gəlinin 22 yaşlı baldızı Gizem Keleş ilə birlikdə qaçdığı üzə çıxıb. Hər iki qadının bir uşağı olub. Onlar uşaqlarını atsalar da, evdəki qızılları və pulları, kredit kartlarını da özləri ilə aparıblar. Gənc analar sosial şəbəkələrdəki hesablarını da bağlayıblar.

Həm bacısı, həm də həyat yoldaşını itirən Ahmet Faris bacısının bəzi problemləri olduğunu deyib. "Mənim həyat yoldaşımla heç bir problem olmayıb. Bacımın bəzi problemləri var idi. Bu qaçışın səbəbi də onunla bağlıdır".

Qadınların qaçırıla biləcəyindən ehtiyat edən ailələr dərhal onların kredit kartlarını dondurub, polisə müraciət ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.