Türkiyə Konstitusiya Məhkəməsinin sabiq sədrinin oğlunun FETÖ işi üzrə tutulması barədə qərar çıxarılıb

27-01-2018, 11:59           
Türkiyə Konstitusiya Məhkəməsinin sabiq sədrinin oğlunun FETÖ işi üzrə tutulması barədə qərar çıxarılıb
Türkiyə Konstitusiya Məhkəməsinin sabiq sədri Haşim Haşim Kılıçın oğlu Fatih Samed Kılıçın saxlanılması barədə qərar çıxarılıb.

APA-nın "Hürriyet" qəzetinə istinqadən verdiyi məlumata görə, Ankara Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan cinayət işi çərçivəsində belə bir qərar verib.

F. S. Kılıçın FETÖ üzvlərinin istifadə etdiyi “ByLock” proqramından istifadə etdiyi üzə çıxıb.

Prokurorluq xaricdə olduğu müəyyən edilən F. S. Kılıçın saxlanılması barədə qərar çıxarılmasını istəyib.

Ankara İkinci Sülh Məhkəməsi prokurorluğun müraciəti əsasında F. S. Kılıçın saxlanılması barədə qərar çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru