ASO-nun səhra komandiri Afrində həlak oldu

28-01-2018, 19:14           

Suriyada döyüşən Faylak əl Şam qruplaşmasının lideri Afrində öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı PYD-nin Moskvadakı nümayəndəliyi yayıb. Öldürülən şəxsin adının Mahmud əd-Damıs, ləqəbinin isə “Aburekan” olduğu bildirilib. Onun bu gün qətlə yetirildiyi vurğulanıb.

Faylak əl Şam qruplaşması Azad Suriya Ordusunun tərkibində döyüşür.

Qeyd edək ki, bu gün Afrin yaxınlığındakı Burseya dağı Türkiyə hərbçiləri və Azad Suriya Ordusunun qüvvələri tərəfindən ələ keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru