"Zeytun budağı"nda YENİ MƏRHƏLƏ -Bu bölgələr PKK-dan təmizlənəcək

29-01-2018, 10:45           

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında Burseya dağını ələ keçirdi.

Publika.az xəbər verir ki, hərəkatın 9-cu günündə Raco, Cinderes və Şeyx Hadid başda olmaqla, PKK-nın işğalı altında olan dağlıq ərazilər terrorçulardan təmizlənəcək.

“İlk şəhər savaşı” əməliyyat çərçivəsində Afrin Hatay tərəfindəki qərb cəbhəsi də hərəkətə keçəcək.

Dünən qırıcı təyyarələr Raco və Cinderes bölgələrində terror təşkilatına aid sığınacaq və mövqeləri bombardman edib. Kəşfiyyat əməliyyatları isə hələ də davam edir. Bu bölgələr Afrinə gedən yolda düz vadi olduğundan “Zeytun budağı” hərəkatının irəliləməsi üçün böyük önəm daşıyır.

Qeyd edək ki, hərəkat çərçivəsində son əməliyyat Afrin şəhərinin mərkəzinə yönəldiləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru