PKK ilə İŞİD arasında ilginc bazarlıq - Video

30-01-2018, 09:06           

PKK Türkiyəyə qarşı döyüşmək üçün İŞİD terrorçuları ilə əməkdaşlıq qurur.

Teleqraf.com xəbər verir ki, PKK Türkiyəyə qarşı vuruşmaq istəyən İŞİD üzvlərinə azadlıq vəd edib. PKK-nın mühasirəsi altında olan İŞİD-çilərə adlarının terrorçu siyahısından çıxarılacağına dair söz verilib.

Azad Suriya Ordusunun xüsusi əməliyyatlar üzrə komandiri Cəmil Karmo “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, mühasirədə olan İŞİD-in təklifi qəbul etməkdən başqa çıxış yolu qalmayıb:

"Suriyada İŞİD-ə ikinci nəfəs verilir. Artıq İŞİD-çilər xaricdəki məsləkdaşlarına mesaj göndərərək Suriyaya dəvət edirlər. Həbsxanalardakı İŞİD-çilər də azadlığa buraxılıblar. Onların arasında tanınmış İŞİD-çilər də var. Onlar partlayıcı maddələr hazırlamaq üzrə mütəxəssisdirlər. PKK onların bacarıqlarından Türkiyəyə qarşı istifadə etmək istəyir".

C.Karmo hazırda PKK sıralarında qeyri-kürd milliyətindən olan əcnəbilərin dә olduğunu bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru