Türk ordusu daha bir yüksəkliyi ələ keçirdi

30-01-2018, 14:13           
 Türk ordusu daha bir yüksəkliyi ələ keçirdi
Afrində PKK/YPG terrorçularına qarşı həyata keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə ordusu Burseya dağı yaxınlığındakı strateji yüksəkliyi ələ keçirib.

Axar.az xəbər verir ki, Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin həyata keçirdiyi bombardmandan sonra Türkiyə hərbçiləri və Azad Suriya Ordusunun qüvvələri yüksəkliyə hücum edərək oranı tam nəzarətə götürüb.

Qarşıdurma zamanı 15 terrorçu məhv edilib. Bu yüksəkliyin ələ keçirilməsi ilə əməliyyatın qərb xəttində önəmli uğur əldə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru