Milyonçuların köçü: Türkiyə üçlüyə düşdü - Siyahı

31-01-2018, 09:10           

Cənubi Afrika Respublikasında yerləşən “Nyu Vorld Vels” (Yeni Dünya Sərvəti) şirkəti “Milyonçu Köçü 2018” hesabatını təqdim edib.

Axar.az xəbər verir ki, hesabata əsasən, keçən il ərzində 95 min milyonçu yaşadığı ölkəni tərk edib. Bunun son bir neçə il ərzində rekord göstərici olduğu bildirilib.

Ölkəsini tərk edən milyonçuların böyük bir qismi inkişaf etməkdə olan ölkələrin vətəndaşları olub. Siyahıda ilk yeri Çin tutub. İl ərzində bu ölkəni 10 min milyonçu tərk edib.

Ondan sonrakı yerdə Hindistan (7 min) və Türkiyə (6 min) qərarlaşıb. İlk onluqda həmçinin Britaniya (5 min), Fransa (5 min), Rusiya (3 min), Braziliya (2 min), İndoneziya (2 min), Səudiyyə Ərəbistanı (min) və Nigeriya (min) kimi ölkələr yer alıb.

Təşkilat təkcə Türkiyədən son iki ildə 12 min milyonçunun getdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru