Pentaqondan Menbiç açıqlaması: - ABŞ türk ordusu ilə üz-üzə...

31-01-2018, 16:51           
Pentaqondan Menbiç açıqlaması: - ABŞ türk ordusu ilə üz-üzə...
Türkiyə ilə istənilən səviyyədəki problemin həlli üçün səy göstəririk.

Axar.az xəbər verir ki, bu sözləri “Xəbərtürk” müxbiri Nalan Koçakın “Türk və ABŞ orduları Menbiçdə üz-üzə gələ bilər?” sualına cavab verərkən Pentaqon sözçüsü Adrian Qallovey deyib.

“Bunu edərkən Türkiyənin təhlükəsizlik qayğılarını nəzərə alırıq. İŞİD-ə göstərilən təzyiqin azalmamasına çalışırıq. Bu problem ancaq qarşılıqlı əməkdaşlıqla həll edilə bilər. NATO-dakı müttəfiqimizin yanındayıq. Türk rəsmilərlə həll barədə müzakirələrimizi davam etdirəcəyik”, - Qallovey bildirib.

Qeyd edək ki, rəsmi Vaşinqton Türkiyənin Menbiç əməliyyatına başlayacağı halda belə əsgərlərini ərazidən çəkməyəcəyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru