Türkiyə ordusu və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” adlı əməliyyatın 12-ci günündə daha bir vacib strateji yüksəklik terrorçulardan təmizlənib.
Afrinin şimali-şərqindəki Eyn-Batman dağında PKK/YPG terrorçularına ağır zərbə endirilib.
Əməliyyat nəticəsində terrorçuların sığınacağı məhv edilib, strateji yüksəklik ələ keçirilib.
Xatırladaq ki, günorta saatlarında Bak Ubasi kəndi və yaxınlığındakı Kurni dağı da terrtorçulardan geri alınmışdı.
Bununla da 12 gün ərzində azad edilən məntəqələrin sayı isə 27-yə çatıb. Onlardan 19-u kənd, biri kiçik yaşayış məntəqəsi və 7-si strateji yüksəklikdir.(qafqazinfo)