Terroru dəstəkləyənlər İsrail hərbçilərini türk əsgəri kimi göstərməyə çalışdı - FOTOLAR

2-02-2018, 01:23           

PYD/PKK-ya yaxın olan sosial şəbəkə səhifələri Türkiyə Silahlı Qüvvələrinin afrində apardığı “Zeytun budağı” əməliyyatına ləkə yaxmaq üçün İsrail hərbçilərinə məxsus təsvirləri “Türk əsgərinin YPG qarşısındakı vəziyyəti” yalanı ilə yaymağa çalışıblar.

“TSQ Afrində uşaqları öldürür” iddiası ilə paylaşılan fotoşəkilin 2014-cü il, martın 30-da İŞİD-in hücumu nəticəsində ölən uşaqlara məxsus olduğu aşkara çıxıb.

Sibirdə 2016-cı il oktyabrın 22-də qəzaya uğrayan rus vertolyotuna məxsus təsvir isə “Afrində TSQ-yə məxsus vertolyotun vurulduğu” iddiası ilə paylaşılıb.

Sosial mediadan ləkələmə kampaniyasında dəstək verən hesablar İsrail əsgərlərini də türk hərbçilər kimi qələmə verməyə çalışıblar.

“Türk əsgərinin YPG qarşısındakı vəziyyəti” iddiası ilə paylaşılan fotonun İsrail hərbçilərinə məxsus olduğu və 2012-vi il noyabrın 19-da İsrailin Aşdod şəhərində çəkildiyi bəlli olub.

Dünən isə Afrinin şimal-şərqində strateji əhəmiyyətli Burseya dağının PYD/PKK-dan alınması təsvirinə İŞİD təşkilatının bayrağı montaj edilmişdi.

Zeytun budağı” əməliyyatını qaralamaq üçün sosial mediada başladılan kampaniyada istifadə edilən fotoların müxtəlif məkan və zamanlarda çəkilməsi “Anadolu Agentliyi” tərəfindən aşkar edildikdən sonra həmin yalançı sosial hesablar çətin vəziyyətdə qalmışdılar.

Şərqi qutalı uşaqları afrinli kimi göstərən terror dəstəkçisi hesablar “AA İstanbul Photo Awards 2016”-da birinci olan fotonu da Afrində çəkilmiş kimi paylaşaraq,
Şırnakda 2017-ci ildə şəhid olan insanlarən dəfn mərasimi fotolarını isə “Afrində türk əsgərləri öldürüldü” yalanı ilə yayıblar.



Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.