“Bordo bereli”lər hərəkətə keçdi - KÜÇƏ DÖYÜŞƏRİ BAŞLAYIR

2-02-2018, 13:48           
“Bordo bereli”lər hərəkətə keçdi - KÜÇƏ DÖYÜŞƏRİ BAŞLAYIR
Türkiyə “Zeytun budağı” əməliyyatının davam etdiyi Afrində küçə döyüşlərinə hazırlaşır.

Publika.az xəbər verir ki, pilotsuz uçuş aparatları PKK/PYD terrorçularının şəhərin küçələrində yerləşdiyi mövqeləri çəkərək əməliyyat mərkəzinə göndərir.

Türkiyə mülki əhalinin zərər çəkməməsi üçün yaşayış bölgələrində keçirəcəyi əməliyyatı detalların qədər incələyir. Pilotsuz uçuş aparatları vasitəsilə aparılan vizual kəşfiyyatın da məqsədi əməliyyat zamanı mülki əhalinin zərər çəkməməsidir.

Əməliyyat mərkəzində aparatların əldə etdiyi görüntülərin 3D rəsmi hazırlanır. Küçə döyüşlərini həyata keçirəcək “Bordo bereli”lər və digər xüsusi təyinatlı qruplar görüntülər əsasında Afrinin küçələrini əzbərləyir.

“Hürriyət” qəzetinin məlumatında görə, görüntülər əsasında terrorçuların necə hərəkət edəcəkləri ehtimalları da müəyyənləşdirilir.

Əməliyyat zamanı mülki əhalinin şəhəri tərk etməsi üçün humanitar dəhliz də açılacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.