Türk ordusundan tarixi zərbə: - 200 milyonluq xətt kəsildi

2-02-2018, 16:50           
Türk ordusundan tarixi zərbə: - 200 milyonluq xətt kəsildi
Suriyanın Afrin mahalının qərbindəki Cinderes bölgəsindən başlayaraq Burseya dağına uzanan sərhəd boyunca PKK terror təşkilatının narkotik, insan alveri və terrorçuların daşınması üçün istifadə etdiyi xətt “Zeytun budağı” əməliyyatı ilə kəsilib.

Publika.az xəbər verir ki, Burseya dağının yamacındakı bir kənddə tutulan PKK terrorçusu təşkilatın həmin xətdən istifadə edərək gündəlik orta hesabla 550 min dollar qazandığını bildirib.

“Zeytun budağı” əməliyyatının gedişatında sözügedən xəttin kəsilməsi PKK-nın ildə 200 milyon dollar məbləğdə puldan məhrum olması anlamına gəlir. Bu xəttin təxminən 120 kilometr uzunluğunda olduğu bildirilir.

Daha əvvəl Türkiyə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Dairəsinin ötən il yaydığı məlumatda deyilir ki, PKK terror təşkilatı təkcə narkotik satışından ildə 1,5 milyard dollar gəlir əldə edir. Məlumatda qeyd olunur ki, Avropadakı narkotik ticarətinin 80 faizi PKK-nın əlindədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.