Türkiyədə İŞİD-in “rabitə naziri” saxlanıldı

2-02-2018, 22:14           

Türkiyənin Kocaeli vilayətində İŞİD terror təşkilatının “rabitə naziri” Əbdülbəsit Əbdüləziz Həmmud saxlanılıb


Trend-in məlumatına görə, onun Türkiyəyə qanunsuz şəkildə Suriyadan daxil olduğu bildirilib.

Məlumata görə, ölkəyə daxil olduqdan sonra Ə.Ə.Həmmud bir müddət Suriya ilə sərhəddəki Hatay vilayətində gizlənib.

Qeyd edək ki, bir neçə həftə əvvəl Şanlıurfa vilayətində İŞİD-in “səhiyyə naziri” Bəşər Hüseyn də saxlanılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru