Mehmetçik Darmık dağına Türkiyə bayrağı sancdı - Qürur dolu anlar (VİDEO)

2-02-2018, 22:51           

Türkiyə hərbçiləri Afrindəki Darmık dağını ələ keçirib.
Femida.az "Anadolu"ya istinadən xəbər verir ki, bundan öncə həmin dağ PKK terrorçu qruplaşmasının Suriyadakı qolları olan YPG və PYD-nin nəzarətində idi və həmin dağdan Türkiyənin sərhəd şəhəri olan Kilisin atəşə tutulmasında istifadə edilirdi.

Məlumatda Darmık dağının zirvəsinə Türkiyə bayrağının sancıldığı qeyd olunub.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin əyalətində "Zeytun budağı" adlı antiterror əməliyyatının başlandığını elan edib.
[media=https://www.youtube.com/watch?v=BklODEBBbwY]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru