Türkiyədə iki deputatın mandatı ləğv edildi

28-02-2018, 01:31           

Xalqların Demokratik Partiyasının (HDP) iki deputatının mandatı ləğv edilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar partiyanın Muş şəhərindən seçilmiş millət vəkili Əhməd Yıldırım və Şanlıurfadan seçilən deputatı İbrahim Ayhan haqqında verilib.

Ə.Yıldırım “Prezidentə təhqir”, İ.Ayhan isə “Terrorizm təbliğatı aparmaq” maddələri ilə məhkəmə tərəfindən cəzalandırılmışdı. Türkiyə Parlamenti bu cəzalara istinad edərək həmin deputatların mandatını da əllərindən alıb.

Beləliklə, parlamentdən uzaqlaşdırılan HDP-li deputatların sayı 9-a çatıb. Hazırda bu partiyanın 50 millət vəkili parlamentdə təmsil olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.