Moskvadan Nazarbayevə ikibaşlı mesaj

28-02-2018, 11:41           

Rusiya və Qazaxıstan Mərkəzi Asiyada geosiyasi oyunların baş verməməsi üçün çox şey edə bilərlər.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin söyləyib.

“Rusiya və Qazaxıstan Mərkəzi Asiyada geosiyasi oyunların baş verməməsi üçün çox şey edə bilərlər. Bu cür oyunları biz postsovet məkanının digər hissələrində görürük. Mən artıq sizə Yaxın Şərq və Şimali Afrikadan danışmıram. Ekspertlər artıq qeyd edirlər ki, üçüncü ölkələr MDB-yə, Avrasiya İttifaqına, Şanxay Əməkdaşlıq Təşkilatına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər arasında rəqabət və təhlükəli fikir ayrılığı formalaşdırmağa cəhd edirlər. Bu istiqamətdə isə antirusiya sanksiyalarından istifadə edilir və Rusiya ilə əməkdaşlığa sadiq qalanlar təhdid edilir”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru