Almaniyada PKK tərəfdarları Türkiyə səfirliyinə hücum etdilər – Foto

28-02-2018, 17:12           

Almaniyada Türkiyə səfirliyinə hücum olub. AzEuroNews.com xəbər verir ki, Berlində yerləşən səfirlik binasına yaxınlaşan üzü maskalı 4 nəfər əllərindəki rəngli boya balonlarını binaya çırpıblar. Onlar daha sonra qaçaraq ərazidən uzaqlaşıblar.


Hadisə ilə bağlı dərhal polisə məlumat verilib. Hazırda polis səfirlik binasına hücum edən şəxsləri axtarır. Səfirlikdən verilən məlumata görə isə, hücumçuların PKK terror təşkilatının simpatizanlarının olacağı şübhə edilir. Onların məqsədi də Türkiyə Silahlı Qüvvələrinin hazırda Afrində terrorçulara qarşı davam etdirdiyi hərbi əməliyyata etiraz etmək olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru