Suriyada "Zeytun budağı" çərçivəsində Türkiyə SQ-in hərbçisi həlak olub

13-03-2018, 09:06           

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin rayonunda keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı türk hərbçisi həlak olub.

Trend-in KİV-lərə istinadən verdiyi məlumata əsasən, bu barədə məlumatı ölkənin Baş Qərargahı yayıb.

Qeyd olunur ki, Cenderis rayonunda keçirilən əməliyyat zamanı daha bir hərbçisi yaralanıb.

Qərargah həmçinin qeyd edib ki, daha dörd kənd terrorçulardan azad olunub. "Beləliklə, gün ərzində azad olunan kəndlərin sayı 12-ə çatıb", deyə Qərargah bildirib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru