Türk ordusu bu ölkəyə də girir: ilk hədəf... - Plan
13-03-2018, 11:21
Türkiyə ordusunun İraqda PKK-ya qarşı həyata keçirəcəyi əməliyyatların detalları məlum olub.
Axar.az xəbər verir ki, “Star” qəzetinin araşdırmasına görə, Türkiyə İraqda mayın 12-də baş tutması gözlənilən parlament seçkilərindən sonra hərəkətə keçəcək. Əməliyyat zamanı Türkiyə havadan, İraq ordusu isə qurudan terrorçu hədəflərini vuracaq.
İlk mərhələdə PKK üçün mühüm əhəmiyyət daşıyan Sincar bölgəsinə zərbə endiriləcək. Daha sonra isə Kandil əməliyyatı başlayacaq. Bu əməliyyatda Türkiyənin pilotsuz uçan aparatlar vasitəsilə PKK hədəflərini darmadağın edəcəyi bildirilib.
Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Afrin hərəkatından sonra İraqda da PKK-ya qarşı əməliyyata başlayacaqlarını açıqlamışdı.