Türkiyənin Baş naziri Əhməd Davudoğlu MHP sədri Dövlət Baxçalını sərt tənqid edib. Axar.az xəbər verir ki, Tvitterdə ünvanına söylənən fikirləri başa düşmədiyini deyən Davudoğlu Dövlət Baxçalı ilə görüşdə belə bir münasibətin sərgilənmədiyini bildirib: “Üz-üzə görüşdəki etdiyi zarafatlarla bu sözləri müqayisə edirəm. Hər halda, bunu başqaları yazır. Baxçalının qələmindən çıxırsa, demək, ikilüzlü bir şəxsiyyətlə qarşı-qarşıyayıq”. Xatırladaq ki, Dövlət Baxçalı özünün Tvitter hesabında Davudoğlu haqqında bu ifadələri işlədib: “Bax, hörmətli Davudoğlu, nə istədiyimi bilmək istəyirsən. O qədər söylədim, yenə başa düşməmisən. Sözün çoxu cahilə, azı arifə deyilər”.