Nazir yayılan görüntülərindən danışdı - VİDEO

31-08-2015, 12:32           
Nazir yayılan görüntülərindən danışdı - VİDEO
Türkiyənin baş naziri Əhməd Davudoğlunun Zəfər Bayramına həsr edilən tədbiridə Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri Kəmal Kılıcdaroğlu ilə kameralara düşən səmimi görüntüləri ilə bağlı açıqlama verib.

ANS PRESS –in məlumatına görə, Davudoğlu mətbuata verdiyi açıqlamada bildirib ki, müxalifət lideri ilə bu dəfə siyasətdən deyil , nəvələrindən danışıb.

“Söhbətimiz bir qismi belə idi: Sarə xanım (Davudoğlunun həyat yoldaşı) Kılıcdaroğlundan Səlva xanımın (Kılıcdaroğlunun həyat yoldaşı) harda olduğunu soruşdu. Kəmal isə cavabında həyat yoldaşının nəvələrinə baxdığını dedi.”

Davudoğlu söhbət əsnasında “bizimdə ABŞ –da oxuyan qızımın övladı keçən həftə burda idi. Bu gün səhər tədbirə gələrkən mənə şəkilinin göndərib. Məndə şəkili Kılıcdaroğluna göstərdim. Beləcə biz nəvələrimizdən danışdıq.” -deyə bildirib.
[media=https://www.youtube.com/watch?v=Z4JH76EBd0M]
Əhməd Davudoğlu ilə Kəmal Kılıcdaroğlunun nə barədə söhbət etdikləri siyasi qeyri-müyyənlik içərisində olan Türkiyə cəmiyyəti üçün xüsusi maraq doğurub. Bu səbəbdən görüntülər Türkiyə mətbuatının əsas xəbərlərindən birinə çevrilib.

Görüntülər ötən gün qeyd edilən Zəfər Bayramı ilə bağlı tədbirdə lentə alınıb. Ölkə tarixinə Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətini işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr bugünkü Türkiyə Cümhuriyyətini qurublar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.