Ərdoğan Dövlət Baxçalını məhkəməyə verdi

31-08-2015, 22:08           

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalını məhkəməyə verib.

Axar.az xəbər verir ki, prezident “Şəxsi zəmində yalan, haqsız və hüquqa zidd ifadələr işlətdiyi üçün” 100 min türk lirəsi mənəvi təzminat tələb edib.

Prezidentin vəkilləri Fatih Şahin, Muammər Camaloğlu və Burhanəddin Sevəncan tərəfindən açılan iddia ərizəsində Baxçalının 6 may-3 iyun 2015-ci il tarixlərində reallaşdırdığı 10 mitinqdə siyasi tənqiddən savayı Ərdoğanın ünvanına günahlandırıcı və alçaldıcı ifadələr işlətdiyi qeyd olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.