PKK-dan tükənmə etirafı - Gizli rabitə danışıqları

2-09-2015, 10:02           

PKK terror təşkilatında yaşanan həyəcanlı anlar rabitə danışıqlarında əks olunub. Axar.az “Yeni Şəfəq” qəzetinə istinadən xəbər verir ki, rabitə danışıqlarından Kandildən gözlədikləri köməyi ala bilməyən təşkilatın əsas məqsədinin şərqi və cənub-şərqi Anadoludakı xalqı qorxutmaq və bunun onlar üçün son şans olduğu məlum olur: Kod adı Rza Köçər olan təşkilat üzvü Həmid Qara adlı terrorçunun rabitə danışıqlarında təşkilatın çox böyük bir zərbə aldığı açıq şəkildə etiraf edilir: “Dövlət çox güclüdür və böyük bir uğur gözlədiyimiz nöqtədə məğlubiyyətə uğradıq. Xalqa güvənmək olmaz, onlar bizi ortalıqda qoydu. Şiddət və qorxu onları özünə gətirəcək. Lazım gələrsə, hədəfi gözləmədən vurun, qoy gücümüzü görsünlər, məcburən geri qayıdacaqlar. Onların quru yolları, televiziya və baza ötürücüləri, həmçinin dəmiryolları ilə əlaqəsini kəsin. Məktəbləri hədəf alın, yandırın və dağıdın”. Kod adı Azər Sisər olan Əkrəm Güneyin rabitə danışıqlarında isə PKK-nın gücünün tükəndiyi açıq-aydın bəli olur: “Kandildən əvvəlkitək kömək gəlmir. Xalqı meydana toplamalıyıq, əks təqdirdə bu plan da baş tutmasa, PKK-ın sonu gələcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.