Türkiyənin Hakkari vilayəti ərazisində 1 əsgər şəhid olub

2-09-2015, 15:07           
Türkiyənin Hakkari vilayəti ərazisində 1 əsgər şəhid olub
Türkiyənin Hakkari vilayəti ərazisində PKK terrorçularının hücumu nəticəsində 1 əsgər şəhid olub.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Hakkari ərazisindəki Şəmdinli-Təkəli yolunda hərəkət edən hərbi birliyə terrorçular tərəfindən atəş açılıb. Nəticədə 1 əsgər şəhid olub, 2-si yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Terrorçulara qarşı hərbi təyyarələr, hərbi helikopterlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə əməliyyat başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.