Türkiyənin Milli Təhlükəsizlik şefi Hakan Fidanı öldürüb, Ərdoğanı... - Sensasion planın üztü açıldı
3-09-2015, 01:20
Türkiyədə AKP-nin Qaziantep şəhərindən olan millət vəkili Şamil Təyyar yenicə çapdan çıxmış "Kripto" adlı kitabında sensasion iddialarla çıxış edib.
Avropa.info xəbər verir ki, Təyyar 2012-ci ildə Fətullah Gülən şəbəkəsinin o zamankı baş nazir Rəcəb Tayyib Ərdoğanı həbs etmək, MİT (Milli İstiqbarat Təşkilatı) rəhbəri Hakan Fidanı isə həbs edərək, türmədə öldürmək üçün planlar qurduğunu yazıb. Təyyar 2012-ci ildə Gülənçi prokurorların məhz bu səbəbdən Hakan Fidanı ifadə vermək üçün polis idarəsinə çağırdıqlarını bildirib.
"MİT əməliyyatı siyasi hakimiyyət üçün sınma anıdır . Paralel quruluşla qəti şəkildə mübarizə prosesinin erasıdır. Fidan ifadə vermək üçün polisə getsəydi, əməliyyat böyük ölçüdə uğura nail olacaqdı. Çünki əməliyyatın birdən çox hədəfi vardı. Əvvəlcə Hakan Fidanı həbs edərək həbsxanada öldürməyi planlaşdırmışdılar. Fidanın üzərindən baş nazir Ərdoğana hücum edərək, onu məhkəmə önünə çıxaracaqdılar."
Fidan və 4 MİT əməkdaşı 7 Fevral 2012-ci ildə KCK araşdırması çərçivəsində xüsusi səlahiyyətli prokuror Sarıkaya tərəfindən şübhəli qismində ifadəyə çağırmışdı. Baş nazir Ərdoğan və dövrün prezidenti Abdullah Gül ifadəyə "getmə" tapşırığından sonra, Fidan MİT-in binasından çıxmamışdı.
Prokurorluğun yaxalama qərarından sonra Gülənçi polislərin Ankaradakı MİF binasını mühasirəyə aldığı, ancaq içəri girmələrinə icazə verilmədiyi də iddia edilmişdi. Məlumatlara görə, Hakan Fidanın Ankaradan çıxması ehtimalına görə , yol üstündə və hava limanında polisin həbsi həyata keçirmək üçün tədbir görmüşdü. aldığı irəli sürülmüşdü. Böhranın ardından hökumət prosesə müdaxilə etmiş və Gülənçilər geri çəkilmişdi.
Türkiyənin yeni xarici siyasətində kilid açar rolu oynayan oyunçulardan olan Hakan Fidan ictimaiyyət arasında çox görünməsə də, ən çox müzakirə olunan şəxslərdəndir. Hakan Fidan ilə bağlı mübahisələr daha vəzifəyə gəlməmişdən öncə, haqqında İsrail mətbuatında çıxan xəbərlərlə başladı.
Fidan Türkiyə tarixində ilk və hələlik sonuncu MİT rəhbəridir ki, İsrail mətbuatında tənqidə məruz qalır. O hətta İsrail hökumət rəsmilərinin də ittiham hədəfindədir.