Türkiyə ABŞ-ın sanksiyalarına görə İranla ticarəti məhdudlaşdırmayacaq

9-05-2018, 08:48           
Türkiyə ABŞ-ın sanksiyalarına görə İranla ticarəti məhdudlaşdırmayacaq
Türkiyə İranla əvvəlki həcmdə ticarət edəcək və bununla bağlı heç kim qarşısında hesabat vermək fikrində deyil.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu qonşu ölkənin iqtisadiyyat naziri Nihat Zeybəkçi ABŞ-ın İranla nüvə sövdələşməsindən çıxmasını şərh edərkən deyib.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı bildirib ki, ABŞ İranla imzalanan nüvə sazişindən çıxır və ona qarşı sanksiyaları bərpa etməyə hazırlaşır.

"Biz İranla bütün mümkün istiqamətlərdə ticarətimizi davam etdirəcəyik və buna görə heç kimin qarşısında hesabat verməyəcəyik", — deyə Zeybekçi "CNN Turk" telekanalına müsahibəsində bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru