Putin Nazarbayev haqda elə sözlər dedi ki…

10-05-2018, 11:27           

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin gəncləri ətrafına toplamaq cəhətini yüksək qiymətləndirib.

Axar.az xəbər verir ki, bu barədə “Tengri Nyus” yazıb.

“Açığı desəm, Nursultan Abişeviçdə məni həmişə sevindirən və təəccübləndirəm cəhət o olub ki, Nazarbayev sovet illərində karyerasına başlayıb, parlaq karyeraya sahib olub və hələ də təəccübləndirməyə davam edir. Bu o deməkdir ki, sovet keçmişinə baxmayaraq, həmişə gələcəyə köklənən insandır. Bax, bu, təccübləndirən cəhətdir”, - Putin qeyd edib.

Rusiya prezidentinin sözlərinə görə, Nazarbayevin komandası onun güclü lider olduğunu xarakterizə edir:

“İlk növbədə özünü dəyərli və səmərəli, gənc insanlarla əhatə etməyi bacarır və heç vaxt yanında güclü insanları saxlamaqdan qorxmur. Bu, istənilən güclü liderin fərqli xüsusiyyətidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru