Alma-Atada Nazarbayevə qarşı etiraz aksiyası – Onlarla adam saxlanılıb

10-05-2018, 20:27           
Alma-Atada Nazarbayevə qarşı etiraz aksiyası – Onlarla adam saxlanılıb
Alma-Atada Nazarbayev hakimiyyətinə qarşı keçirilən etiraz aksiyasında ən az 50 nəfər saxlanılıb.
Sfera.az xəbər verir ki, şəhər mərkəzində keçirilən mitinqə yüzlərlə adam çıxıb. Özü ilə plakatlar gətirən aksiya iştirakçıları siyasi məhbusları buraxmağı və işgəncələri dayandırmağı tələb ediblər. Polis aksiyanı 1 saat ərzində dağıdıb.
Aksiya iştirakçılarından bəziləri polis şöbəsinə aparılıb. Etiraz aksiyasının təşkilatçısı prуzident Nursultan Nazarbayevin tənqidçisi, sabiq bankir Muxtar Ablyazovdur. Fransada yaşayan Ablyazov sosial şəbəkələrdən çağırış edib.
Qeyd edək ki, 2018-ci ilin mart ayında Qazaxıstan Baş Prokurorluğu Ablyazovun "Qazaxıstanın demokratik seçimi” hərəkatını ekstremist təşkilat kimi tanımış və bu hərəkatda iştirak edən hər kəsin cinayət məsuliyyəti daşıdığını bildirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.