İstanbulda uqandalı qızı öldürüb bacısını zorlayan Həsənov və Rəfiyevin işi

11-05-2018, 18:01           
İstanbulda uqandalı qızı öldürüb bacısını zorlayan Həsənov və Rəfiyevin işi
İstanbulun 2-ci Ağır Cinayətlər Məhkəməsi qətldə, zorlamada, qəsbdə, sağlamlığa xəsarət yetirməkdə ittiham olunan iki Azərbaycan vətəndaşının işi üzrə prosesi yekunlaşdırıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonşu ölkəyə fəhləlik etmək üçün gedən iki Azərbaycan vətəndaşı - Kənan Rəfiyev və Sunay Həsənov 2016-cı ilin avqustunda İstanbulda fahişəliklə məşğul olan Uqanda vətəndaşları, əkiz bacılardan Violet Nanbatanı öldürdükləri, digəri Beatrice Babıryeni yaraladıqları üçün məhkəmə qarşısına çıxarılıblar. Hakim hər iki şəxsə ömürlük həbs cəzası istəyib.

Zərərçəkmiş Beatrice Babırye hadisədən sonra ölkədən deportasiya edildiyinə görə məhkəmədə iştirak edə bilməyib.

Həmçinin istintaqda qətl hadisəsinin bəzi detalları da ortaya çıxıb. Məhkəmədə çıxış edən hakim bildirib ki, şübhəli Kənan Rəfiyev Beatrice Babıryeye qarşı cinsi təcavüz edib, onu yaralayıb və telefonunu, 300 TL pulunu oğurlayıb. Sonra Violet Nantabaya hücum edərək onu döyüb, yerə yıxıb. Digər şübhəli Sunay Həsənova “susdur bunu” deyə əmr edib. Hakim qızlara qarşı ilk zorakılıq hərəkətinin K. Rəfiyevin törətdiyini, lakin etdiyi cinayəti ört-basdır etmək üçün dəlilləri aradan qaldırmağa çalışdığını bildirib.

S. Həsənov ifadəsində Violeti susdurmaq üçün əli ilə ağzını qapadığını, sonra sərinkeşin kabeli ilə onu boğduğunu bildirib.

Cinayəti törətdikdən sonra Azərbaycana gəlmək üçün avtobusa minən şübhəlilər Tokatda saxlanılaraq həbs olunublar.

Məhkəmə şübhəlilərin son söz demələri üçün prosesi təxirə salıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.