Türkiyədə prezidentlik uğrunda yarışacaq 6 namizəd təsdiqlənib -SİYAHI

13-05-2018, 20:58           
Türkiyədə prezidentlik uğrunda yarışacaq 6 namizəd təsdiqlənib -SİYAHI
Türkiyədə gələn ay – 24 iyun 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində iştirak edən namizədlərin yekun siyahısı təsdiqlənib.

Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, siyahını seçkilərə nəzarət edən Yüksək Seçim Kurulu (YSK) açıqlayıb.


Beləliklə, prezidentlik uğrunda yarış 6 namizəd arasında gedəcək. Bunlar əlifba sırası ilə aşağıdakılardır.

Doğu Perinçek – Vətən Partiyasının namizədi, partiya başqanı;

Meral Akşener - İYİ Partiyanın namizədi, partiyanın başqanı;

Muharrem İnce – Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi, Yalovadan millət vəkili;

Rəcəb Tayyip Ərdoğan - Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) vahid namizədi, hazırki prezident;

Selahattin Demirtaş - Xalqların Demokratik Partiyasının ( HDP) namizədi, İstanbuldan millət vəkili

Temel Karamollaoğlu – Səadət Partiyasının namizədi, partiya başqanı;


Türkiyədə prezident və parlament seçkiləri 24 iyunda keçiriləcək.


Seçkilər iqtidar və müxalifət üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, seçkilərdən sonra Türkiyə parlament sistemindən prezident sisteminə keçəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru