“Qanun” qəzeti azərbaycanlıları söydü: deputat hiddətləndi

13-05-2018, 23:01           

Güney Azərbaycanın Şəbistər şəhərinin İran parlamentindəki millət vəkili Məsumə Ağapur Əlişahi “Qanun” qəzetinin türklərə qarşı ardı kəsilməyən təhqirlərini qınayan bəyanat yayaraq, antitürk qəzetin cəzalandırılmasını istəyib.

Axar.az xəbər verir ki, bəyanatda “Qanun” qəzetinin türklərin kimliyini inkar etməsi, onların hüquqlarını tanımaması diqqətə çatıdırılıb:

“Bu qəzet yeni hücum dalğasında türklər və İrandakı digər etniklər haqda 3 mətləb yayıb. Yazılarda ölkə konstitusiyasının 15-ci maddəsi yanlış təfsir olunub, Azərbaycan əhalisinin kimliyi inkar edilib, onlar mühacim qrup kimi xarakterizə edilib”.

Millət vəkilinin yaydığı bəyanatda vurğulanıb ki, türklərin kimliyini həyasızcasına inkar edən qəzet bununla da kifayətlənməyib, kürdləri Qərbi Azərbaycan, tatları isə Şərqi Azərbaycanın əsl yerli əhalisi kimi göstərib:

“Bütün bunlar böyük təəssüf doğurur. Ona görə də məhkəmə orqanları, həmçinin İrşad və Mədəniyyət Nazirliyinin məsulları bu kimi təhqir və təhriflərə qarşı tədbir almalıdırlar.”

Qeyd edək ki, Ərdəbilin millət vəkili Südeyif Bədrinin məktəblərdə ana dilinin tədrisi ilə bağlı layihə təklifinin hazırlandığını bildirməsindən sonra “Qanun” qəzeti yenidən Azərbaycan türklərinə qarşı hücuma başlayıb












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.