Türkiyədə 3 günlük matəm: Ərdoğan açıqladı - VİDEO

15-05-2018, 07:50           

Türkiyə Qəzzada baş verən hadisələrlə əlaqədar 3 günlük matəm elan edib.

Yenicag.az xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Ölkə başçısının sözlərinə görə, matəm fələstinlilərlə həmrəylik və Qəzzada qarşıdurmalar zamanı həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq elan edilib.

Ərdoğan Qəzzada baş verənlərlə bağlı sərt açıqlamalar da verib. O bildirib ki, İsrail terrorçu dövlətdir və Qəzzada terror həyata keçirir. Ərdoğan İsrail hökumətinin Qəzzadakı hərəkətlərinin soyqırımı olduğunu bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru