İğdırda 13 polisin şəhid olması ilə nəticələnən terror aktı törədən PKK-çıların Ermənistandan keçdiyi ehtimal edilir

9-09-2015, 14:58           

Türkiyənin İğdır vilayətində terror aktı törədən terrorçuların Ermənistan ərazisindən İğdıra keçdiyi güman edilir.

APA-nın xəbərinə görə, bu barədə məlumatı Türkiyənin “Vatan” qəzeti yazıb.

Yerli qaynaqlar hadisənin baş verdiyi ərazisinin Ermənistan sərhədinin bir neçə kilometrliyində yerləşdiyini nəzərə alaraq PKK terrorçularının Ermənistandan gələ biləcəyini ehtimal edirlər.

Qeyd edək ki, dünən PKK-nın İğdırla Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu sərhəd məntəqəsi yaxınlığında törətdiyi hücum nəticəsində 13 polis şəhid olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru