Türkiyədə daha bir erməninin adı əbədiləşdirilir

9-09-2015, 23:41           

1900-cu illərin əvvəllərində Türkiyənin Van şəhərində yaşamış erməni əsilli ABŞ-lı rəssam Arşile Qorkinin şərəfinə tikilən bulaq yenidən inşa edilir.

ANS PRESS-in məlumatına görə tikinti Van şəhərinin Ədremit Bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilir.

Uzun müddət baxımsızlıq üzündən istifadə edilməyən bulaq rəssamın burda yaşadığı evin yaxınlığında yerləşir. Məlumata görə, təmirdən sonra bulağın üzərinə türk, ingilis, kürd və erməni dillərində rəssamın bioqrafiyası yazılacaq.

Bir neçə il əvvəl də Diyarbəkir vilayətinin Sur rayon bələdiyyə məclisinin qəbul etdiyi qərara əsasən Sur rayonu Həsirli məhəlləsindəki Dirəkçi küçəsinə erməni Mıgırdiç Margosyanın adı verilib. Sur bələdiyyə başçısı Abdullah Dəmirbaş jurnalistlərə verdiyi açıqlamada bu şəhərin köklü mədəniyyətə malik olduğunu, keçmişi ilə sülh və əmin-amanlıq içində yaşadığını deyib.

Türkiyənin bölgələrində hətta erməni dilində, erməni əlifbası ilə yazılmış küçə lövhələrinə də rast gəlinib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.