Azərbaycanlını ailəsindən 300 milyon alıb, azad etdilər

15-07-2018, 21:08           
Azərbaycanlını ailəsindən 300 milyon alıb, azad etdilər
Azərbaycanlı milli-mədəni fəal Səhənd Məalı ailəsinin girov qoyduğu mülki girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Axar.az xəbər verir ki, fəal 9 gün saxlandıqdan sonra 300 milyon riallıq mülki girov qarşılığında azad edilib.

Sarab Məhkəməsi ETTELAAT-ın tapşırığına görə fəalın azadlığa buraxılması üçün təyin olunan mülki girovu qəbul etməkdən imtina etsə də, sonda geri addım atıb.

Qeyd edək ki, iyulun 5-i və 6-da keçirilən Babək qalası yürüşü ilə əlaqədar müxtəlif şəhərlərdə təxminən 80 fəal saxlanılıb, onların əksəriyyəti ağır işgəncələrə məruz qalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.