Fərhad Poladovun qəza ilə bağlı yeni görüntüləri yayıldı- VİDEO

17-08-2019, 09:58           
Fərhad Poladovun qəza ilə bağlı yeni görüntüləri yayıldı- VİDEO
İyun ayının 30-da özünün idarə etdiyi “Niva” markalı maşınla qəzaya düşüb dünyasını dəyişmiş qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu Fərhad Poladovun qəza anını əks etdirən yeni video üzə çıxıb.

Gununsesi.org-un məlumatına görə, bu görüntülərdə idmançının idarə etdiyi avtomobilin arxadan zərbə almadığı dəqiq müşahidə olunur.
Məlumat üçün bildirək ki, bu günə qədər məhz bu məqam müzakirə mövzusu idi.

Qeyd edək ki, F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru