Niderlandda "Ferrari"nin mövcud olmayan modeli hazırlandı

Bu gün, 16:58           
Niderlandda "Ferrari"nin mövcud olmayan modeli hazırlandı
Xüsusi layihələri ilə tanınan niderlandlı dizayner Nils van Roy və onun studiyası "Ferrari Testarossa"nın qeyri-adi versiyasını təqdim edib.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, bu versiya İtaliya şirkətinin özü tərəfindən heç vaxt rəsmi olaraq buraxılmayıb.

Üstüaçıq "Testarossa" italyan brendinin sadiq pərəstişkarının xahişi ilə yeganə nüsxədə yığılıb.

"Ferrari" ilə müəllif hüquqları üzrə mümkün münaqişələrin qarşısını almaq üçün avtomobilə "Guida Touring Sport" orijinal adı verilib. Onun hazırlanmasına təxminən 3 min saat sərf olunub.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru