Adil İsmayılovu "vuran" vəkillik "şərəfi"nin pərdəarxası və ziyafətlə "yuyulması"

12-09-2019, 16:33           
Adil İsmayılovu "vuran" vəkillik "şərəfi"nin pərdəarxası və ziyafətlə "yuyulması"
Tanınmış vəkil Adil İsmayılovun fəaliliyətinin bir illik dondurulması geniş ictimai müzakirələrə səbəb olub. Adil İsmayılovun Vəkillər Kollegoyasından uzaqlaşdırılmasında onun məhşur "qara kəmər" əməliyyatı, "Beynəlxaq bank"ın 10 milyardları ''xortumlanması' və digər rezonans doğuran cinayətlər bağlı özünün "facebook" səhifəsi üzərindən paylaşımları ilə əlaqəli olmamasını şübhə edənlər azdır, demək olar ki yoxdur. Formal olaraq isə vəkil Sahil Quliyev və Tahir Əlirzayevin ərizə-şikayətləri ortaya atlııb.
Bu işdə əsas canfəşanlıq edən vəkil Sahil Quliyev olub. S.Quliyev ötən gün bəyanat yayıb ki, A.İsmayılov öz "Facebook” səhifəsində müxtəlif vaxtlarda vəkil həmkarlarını və onu təhqir edən yazılar paylaşmış, öz vəkil həmkarları barəsində "qul”, "kölə”, "mağmın”, "şərəfsiz” kimi şərəf və ləyaqəti alçaldan, qeyri-etik ifadələr işlədib.

Sahil Quliyev
Adil İsmayılov barəsində çıxarılan qərara münasibətini Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəsmi açıqlamasından sonra bildirəcəyini yazıb.
Criminal.az-ın araşdırmasına görə, əslində S.Quliyevlə Adil İsmayılova qarşı çıxması onların ötən ilin maraq toqquşumasıdır. Hər iki vəkilin yolları Binəqədi rayon sakini Səfər Əliyevin cinayət işində kəsişib. Sahil Kərimov müdafiəçi olsa da, barikadanın əks tərəfində olub.
Sahil Quliyev kimdir?
Sahil Quliyev vəkillik etdiyi Səfər Əliyevin işində bu suala gözəl cavab verilir. S.Əliyev anadan gəlmə əlildir. Bu sənədlərlə də təsdiqlənir. S.Əliyevin yaşadığı mənzilin zirzəmisində yaşlı adamı öldürüblər. Müstəntiq həmin cinayəti Sərəfin üzərinə qoymağa çalışıb. Buna nail olmağın bir addımlğında olub. Həmin Sahil Quliyev Səfəri həmin şər-şəbədənin içərisindən dartıb çıxarmaq əvəzinə ''siz atanızla həmin cinayəti törədərkən'' mahiyyətli sualları dilə gətirməyi özünə rəva bilmiş biri-Vəkillər Kollegiyasının üzvüdür. Habuki heç müstəntiqin özü ona həvalə olunan cinayət işinin açılmasını Səfər Əliyevin üzərinə qoymaqqda o qədər də canfəşanlıq etməyib. Daha sonra S.Əliyevin ailəsi vəkil Adil İsmayılovla müqavilə bağlayır. Nəticədə S.Əliyev azadlığıana qovuşur.


Səfər Əliyev
S.Əliyevə ”Yeni Musavat” qəzetinə müsahibəsində başına gətirilənlər və orda vəkili olmuş Sahil Quliyev haqda dediklərindən sitat: "Məni bölmədə döyürdülər, işgəncə verirdilər. Sinəmi, qoltuqlarımın altını, ayaqlarımın arasını, arxamı yandırırdılar. Dəyənəklə vururdular. Deyirdilər ki, boynuna al ki, qonşunu öldürmüsən, pul qabını, içində olan sənədləri, 500 manatı götürmüsən. Deyirdim ki, başınız xarabdır, mən bunu etməmişəm. Mənə deyirdilər ki, sən boynuna al, səni qurtaracağıq. Hər dəfə də öyrədirdilər ki, de ki, 2 barmağımla boğazından tutmuşam, sıxmışam. Sonrada itələyib yerə yıxmışam. 1-ci dəfə məni mənzilə apardılar, dediklərini elədim. Çəkiliş qurtardı, çölə çıxanda Sahil Quliyevə dedim ki, olar sənin qulağına bir söz deyim. Dedi ki, de. Dedim ki, mən öldürməmişəm, Allaha and olsun ki, mən öldürməmişəm".
Həmin cinayət işi haqda vəkil Adil İsmayılov yazdığı status:
"2018-ci il oktyabr ayının 18-də qəsdən adam öldürməkdə ittiham edilən Səfər Əliyev hüquqlarını müdafiə etmək üçün ailəsi mənə müraciət edib. S.Əliyev 21 iyun 2018-ci ildən həbsdə olub. Bir gün heç bir sənədləşdirmə aparmadan onu polisdə saxladıqdan və ağlasığmaz işgəncə verərək qonşusunu" sağ əlinin baş və ikinci barmaqları ilə" boğub öldürməsi barədə "etiraf" ifadəsi aldıqdan sonra 22 iyun 2018-ci ildə şübhəli şəxs kimi tutulması barədə protokol tərtib edilib. 24 iyunda qanunla müəyyən edilmiş 48 saatlıq tutma müddəti bitəndə müstəntiq "adam öldürməsini səmimi etiraf etməsinə" baxmayaraq ittiham elan edilməsi üçün kifayət qədər əsas olmadığına görə onun həbsdən azad edilməsi barədə qərar verir. Amma onu azad etmək ağlından keçmir. İyunun 24-də polis əməkdaşları S.Əliyevin kücədə telefonla danışarkən söyüş söyməsi, onu intizama dəvət edərkən müqavimət göstərməsi barədə saxta protokol tərtib edərək məhkəmədən ona10 sutka inzibati həbs cəzası verilməsi barədə qərar alır. Bu 10 gün istintaqçılar və əməliyyatçılar S.Əliyevin üzərində intensiv "işləyir".


Adil İsmayılov
Onun etiraf ifadəsini başqa sübutlarla "möhkəmləndirir". Əliyevdən qonşusunu öldürməsini atasına və arvadına danışması barədə yeni ifadə alırlar. Bu işdə həmin dövrdə S.Əliyevin vəkili olmuş şəxs də (Sahil Quliyev-red) onlara fəal kömək edir. Daha sonra S.Əliyevin atasına və arvadına təzyiq edərək aldatma yolu ilə onların S. Əliyevin yalan ifadəsini təsdiq etmələrinə nail olurlar. İyun ayının 30-da isə yarımilliyin sonuncu günü S.Əliyevə qəsdən adam öldürməyə görə məsüliyyət müəyyən edən 120.1-ci maddə ilə ittiham elan edərək, prokurorluq və polis əməkdaşları rəhbərliyə ölüm işini "açdıqları" barədə raport verirlər.
İyulun 4-də həbs edildikdən 13 gün sonra S.Əliyev barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır. S.Əliyev hakimə heç bir cinayət törətmədiyini, atasına və arvadına bu barədə heç nə demədiyini, polisdə işəncə verərək qonşunu öldürməsi barədə ifadə aldıqlarını bildirir. Hakimdə onun təqsirli olmasına əsaslı şübhə yarandığından prokurorluğun istədiyi 4 ay əvəzinə yalnız 1 ay müddətinə həbs qətimkan tədbiri seçir və S.Əliyevin işgəncə barədə söylədiklərini yoxlamaq barədə qərar verərək prokurorluğa göndərir. Müdafiəçi kimi işə qoşulduqdan sonra S.Əliyevin bu cinayətə heç bir aidiyyəti olmadığı, ona işgəncə verməklə etmədiyi cinayəti boynuna qoyduqları qənaətinə gəldim".
Beləliklə sonra Adil İsmayılov Səfər Əliyevin azadlıqğa çıxmasına nail olur. Belə ki, fevralın 5-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycan vətəndaşı Səfər Əliyevin həbs olunması üçün prokurorluğun verdiyi protesti təmin edilmir.


Soldan sağa: Vəkil Ceyhun Yusifov, Sahil Quliyev və onun şikayətində Adil İsmayılovun təqsirli olması haqda rəy yazan vəkil Bəylər Məmişov
A.İsmayılovdan şikayətçi olmuş digər vəkil Tahir Əlirzayevin də ictimai çəkisi haqda məlumatları heç bir şərhsiz bir daha diqqətə çatdırırıq. Məsələn, Tahir Əlirzayev Xoşqədəm Baxşəliyevanın verilişində iki qadının ailə "razborkaları"nın bilicisi kimi çıxış edir. Bir kişi evindən pul dalınca Rusiyaya gedib orada ümumilikdə bütün həyatını alt-üst olmasına gətirib çıxaran işsizliklə üzləşib və geri də dönə bilməyib. Bu adamlar həyatın dibinə yuvarlanmış həmin şəxslər haqda ən kəskin ifadələri efirdən səsləndirməyə çəkinmirlər Nədənsə vəkil həmin şəxslərin niyə məz ailəsini Azərbaycanda qoyub Rusiya çöllərində itib-batması sualını qaldırmırlar?












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.