“Karantin sadəcə kasıblar üçün deyil, hər kəs üçündür” - Cümşüd Nuriyev

10-07-2020, 10:10           
“Karantin sadəcə kasıblar üçün deyil, hər kəs üçündür” - Cümşüd Nuriyev
“Karantin sadəcə kasıblar üçün deyil, hər kəs üçündür”
Bir neçə gün bundan öncə DİN-nin rayonlarda keçirdiyi reydlər zamanı bir sıra vətəndaşların karantin rejimi qaydalarını kobud şəkildə pozaraq Bakını qanunsuz şəkildə tərk etdiyi, rayonlardakı istirahət mərkəzlərinə dincəlməyə gəldiyi məlum olub. Həmçinin, məlum olub ki, onların arasında müxtəlif dölət vəzifələrində təmsil olunan, xidməti sənədlərdən sui-istifadə edərək postları keçənlər də var.

Ölkə başçısından tutmuş sadə vətəndaşlara qədər hər kəsin karantin rejimi qaydalarına əməl etdiyi bir zamanda bəzi məmurların xidməti vəsiqə və səlahiyyətlərindən istifadə edərək karantin qaydalarını pozduqları üçün daha sərt şəkildə cəzalandırılmalıdırmı? Onların bu qanun pozuntusundan sadəcə cərimələnməklə yaxa qurtarması nə dərəcədə məntiqlidir?

Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bu cür şəxslərin vəzifədən azad edilməsinin vacib olduğunu söylədi:

“Təbii ki, bu cü şəxslərin daha ağır şəkildə cəzalandırılmasına ehtiyac var. Baxın, bir halda ki, dövlət başçısının özü, onun xanımı karantin qaydalarına əməl edirsə, lakin bu dövlətdə vəzifə tutan hansısa məmur qanunun yanından keçirsə, karantin qaydalaırnı pozursa, bu, artıq ciddi mətləblərdən xəbər verir. Dövlət o zaman güclü olur ki, bütün vahidləri ilə tam bir nöqtədə qərarlaşır, bir məqsəd uğrunda çalışır. Əgər məmurların bir qismi buna əməl edəcəksə, digər qismi buna əməl etməyəcəksə, rayonlara səfərə çıxacaqlarsa, bu, dövlətə olan ianmı da zəiflədəcək. Belə anlaşıla bilər ki, sanki bütün qadağala kasıblar üçündür. Varlılar isə bağlarda, dağlarda dincələ bilər.

Hesab edirəm ki, bu cür şəxslər dövlət postunda otura-otura dövləti hörmətdən saldıqları üçün vəzifədən azad olunmalıdırlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.