Nə prokurorun, nə Oleq Bakinskinin şikayəti təmin edildi

Bu gün, 07:14           
Nə prokurorun, nə Oleq Bakinskinin şikayəti təmin edildi
Oleq Krapivin (Oleq Bakinski) və onunla birgə məhkum edilmiş Kuçer Konstantin Antonoviçin şikayətləri, eyni zamanda prokurorun protesti üzrə məhkəmə baxışı yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi bir az əvvəl yekun qərarını açıqlayıb.

Oleq Bakinski və Kuçer Konstantin Antonoviç apellyasiya şikayətlərində bəraət istəyirdi. Prokuror isə O.Bakinski haqda hökmün dəyişdirilmədən saxlanılmasını, Kuçer Konstantin Antonoviçin isə xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə də cəzalandırılmasını tələb edirdi.

Amma məhkəmə tərəflərin heç birinin etirazını əsaslı hesab etməyib. Nəticədə şikayətlər təmin edilməyərək hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oleq Bakinskiyə şərti cəza, digərinə dələduzluq maddəsi ilə bəraət, xuliqanlığa görə 2 il 6 ay həbs cəzası verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru