Avropaya Rusiya qazının idxalı azalıb

Bu gün, 10:14           
Avropaya Rusiya qazının idxalı azalıb
Cari ilin birinci yarısında Avropa İttifaqının (Aİ) boru kəmərləri ilə təbii qaz idxalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9 faiz azalıb.

Buna əsas səbəb yanvar ayından etibarən Ukrayna üzərindən Rusiya qazının nəqlinin dayandırılmasıdır.

Yarım ildə Aİ boru kəmərləri və mayeləşdirilmiş təbii qaz (LNG) daxil olmaqla ümumilikdə 149,9 milyard kubmetr qaz idxal edib. Hesabat dövründə LNG idxalı 22 faiz artıb. Yanvar-iyun aylarında boru kəməri və LNG idxalı isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artıb.

Xatırladaq ki, Aİ ötən il Ukrayna vasitəsilə 15 milyard kubmetr Rusiya qazı idxal edib./Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru