Rusiya Prezident Aparatı rəhbərinin müavini Dmitri Kozak vəzifəsindən azad edilib.
Oxu.Az-ın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
Daha əvvəl verilən məlumata görə, Kozak öz istəyi ilə həftəsonu vəzifəsindən istefa verib və biznesə başlamaq üçün müxtəlif təklifləri nəzərdən keçirir.
Kozak postsovet ölkələri, o cümlədən Ukrayna ilə bağlı siyasətə cavabdeh olmaqla, xarici ölkələrlə sərhədyanı əməkdaşlıq və regionlararası və mədəni əlaqələr idarəsinin işini kurasiya edirdi.