"Milan", "Real Madrid" və Braziliya millisinin keçmiş futbolçusu Kaka məşqçilik karyerasına başlamaq niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə "PianetaMilan" nəşri məlumat yayıb.
Kaka açıqlamasında futboldan ayrılsa da, ona olan sevgisinin qaldığını vurğulayıb:
"Futbolu sevirəm. Bir gün məşqçi olmaq istərdim. Bu, mənim üçün inanılmaz bir sınaq olardı".
Xatırladaq ki, bundan əvvəl Karlo Ançelottinin Kakanı Braziliya millisinin məşqçilər korpusuna dəvət edə biləcəyi qeyd olunmuşdu. Məlumata görə, Kaka bu təklifi nəzərdən keçirməyə və Ançelottinin komandasında çalışmağa hazırdır.
Qeyd edək ki, Kaka 2017-ci ilin dekabrında futbolçu karyerasını başa vurub.