Hazırlanması dəyərindən baha başa gələn qəpiklər: 1, 3, 5 qəpiklər tarixə qovuşur?

Bu gün, 08:14           
Hazırlanması dəyərindən baha başa gələn qəpiklər:
“Dünyada dəyəri çox az olan dəmir pulların dövriyyədən çıxarılması kimi bir tendensiya mövcuddur. Bir çox ölkələr artıq bu praktikadan istifadə etməyə başlayıblar. Bunun səbəbi isə sadədir”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O, bildirib ki, bir qəpiklik və ya üç qəpiklik sikkənin hazırlanma maya dəyəri onun nominal dəyərindən daha baha başa gəlir:

"Bu məsələyə dair qərar isə Mərkəzi Bank və hökumət tərəfindən birgə verilməlidir. Əgər doğrudan da həmin sikkələrin istehsalı nominal dəyərindən baha başa gəlirsə, onların saxlanılması və dövriyyədə qalması iqtisadi baxımdan məqsədəuyğun deyil".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru