"Həkimlərin vitamin təyin etməsi çox vaxt şirkətlərin marketinq fırıldağı olur" — AÇIQLAMA

Bu gün, 08:34           
"Həkimlərin vitamin təyin etməsi çox vaxt şirkətlərin marketinq fırıldağı olur" — AÇIQLAMA
"Hamilələrdə qan azlığı varsa və bu, dəmir çatışmazlığından qaynaqlanırsa, o zaman dəmir qəbul olunmalıdır. Əslində hamilələrə də hamilə olmayan insanlarla eyni yanaşma tətbiq edilir, analizlər verilir, qan azlığı aşkar olunarsa, dəmir təyin edilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib.

O bildirib ki, dəmir məsələsi bir qədər sadədir, çünki onun yoxlanması konkret analizlərlə mümkündür:

"Amma polivitaminlərlə bağlı bunu demək çətindir. Bütün vitamin və mikroelementlərin ayrıca yoxlanması praktik deyil. Buna görə də bəzən polivitamin preparatı yazılır. Burada da sual yaranır ki, bu, nə dərəcədə doğrudur? Çox vaxt bu, dərman şirkətlərinin reklam və marketinq fırıldağıdır. Həkimlər də bu məsələdə bəzən qarışır. Əslində isə polivitaminləri vermək məcburiyyət deyil".

Həkim deyib ki, öz hamilə psiyentlərimə adətən yalnız dəmir yazıram:

"Çünki hamilələrin əksəriyyətində doğuşa yaxın qan azlığı müşahidə olunur. Amma dəmiri qəbul edə bilməyən, yan təsirlərə həssas olan qadınları məcbur etmirəm. Onlara daha çox tərəvəz, qırmızı ət və dəmir baxımından zəngin qidalar yeməyi məsləhət görürəm və adətən yaxşı nəticələr də alırıq.

Demək istədiyim odur ki, hamilələr bu dərmanları qəbul etmək məcburiyyətində deyillər. Reseptlərə baxanda görürük ki, bu preparatların 90–99 faizi əbəs yerə yazılır və qəbul edilir. Həkimlik bu deyil. Həkim olmaq insanlara yalnız ehtiyacı olduğu dərmanları yazmaqdır. Hamilələri və ümumiyyətlə insanları lazımsız şəkildə vitamin və qida əlavələrinə meyillənməməyə, yalnız ehtiyac olduqda istifadə etməyə çağırıram".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru