“Stalinin böyük xidmətini unutmamalıyıq” –Putindən açıqlama

Bu gün, 00:11           
“Stalinin böyük xidmətini unutmamalıyıq” –Putindən açıqlama
“İosif Stalin SSRİ-nin və bütün müttəfiq qüvvələrin faşist Almaniyası üzərində qələbəsinə çox böyük töhfə verib“.

AzPost bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin parlamentin fraksiya rəhbərləri ilə görüşündə bildirib.

Putin bildirib ki, bunu heç kim unutmamalıdır. O, Stalinin səylərinin siyasiətdən kənar saxlanmalı olduğunu vurğulayıb. Putin eyni zamanda Stalinqrad adının bərpası ilə bağlı təşəbbüsü nəzərdən keçirməyə hazır olduğunu qeyd edib.

“Volqoqrada “Stalinqrad” adına qaytarılması məsələsini bölgə sakinləri özləri həll etməlidir“- deyə Putin parlamentin fraksiya rəhbərləri ilə görüşündə bildirib.

Prezident daha əvvəl tarixi adın bərpasının mümkünlüyündən danışıb. O, məsələyə baxmağa hazır olduğunu, ancaq rayon sakinlərinin istəklərini nəzərə almağın vacibliyini bildirib.

Dövlət başçısı qeyd edib ki, “Stalinqrad” adı ölkə tarixində böyük qələbə ilə bağlıdır. O, bu adın şəhərə uyğun ola biləcəyini söyləyib. Bununla belə, o vurğulayıb ki, adının dəyişdirilməsi ilə bağlı yekun qərarda Volqoqrad sakinlərinin əksəriyyətinin rəyi nəzərə alınmalıdır. Putin bu məsələdə şəhərin mövqeyini müəyyən etmək üçün sorğu keçirməyi təklif edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru